Əli Abbasov Mingəçevirdə vətəndaşları qəbul edib

Əli Abbasov Mingəçevirdə vətəndaşları qəbul edib
# 24 oktyabr 2015 11:15 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Mingəçevirdə vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Mingəçevir şəhərinin sakinləri, habelə Zaqatala, Qax, Balakən və Göyçay rayonlarından olan sakinlər iştirak ediblər.

Vətəndaşların müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Ə. Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı vasitəsi ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Qəbulda 20-ə yaxın vətəndaş iştirak edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR