Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib

Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib
# 28 dekabr 2015 09:22 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.

Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR