Əli Kərimlinin qohumları onun yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib

Əli Kərimlinin qohumları onun yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib
# 16 aprel 2016 10:48 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında növbəti etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, bu dəfə Ə. Kərimlinin qohumları onun evinin qarşısına toplaşıb. Onlar cəbhədə baş verən son döyüşlərlə bağlı Ə. Kərimlinin səsləndirdiyi fikirlərə etiraz ediblər. Partiya sədrinin qohumları Ermənistan mətbuatının Ə. Kərimlinin fikirlərə istinad etməsini pisləyib.

Aksiyada “Ar olsun!” şüarı səsləndirilib.

Aksiyanın qarşısı polisin müdaxiləsi ilə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR