Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 02 iyun 2016 14:10 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

İki" VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində Kürdəmir rayon sakinləri - 1965-ci il təvəllüdlü Akif Əlizadə oğlu Əmrahov, 1987-ci il təvəllüdlü Araz Əmrah oğlu Əmrahov və Rəvan Yusif oğlu Həsənov müxtəlif bədən xəsarətləri alıblar. Onlar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR