Azərbaycanın bəzi yerlərində 3-8 dərəcə şaxta olacaq

Azərbaycanın bəzi yerlərində 3-8 dərəcə şaxta olacaq
# 03 dekabr 2015 10:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 4-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın arabir yağıntılı olacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi nərmadan yüksək 760 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR