Ağcabədidə avtomobil ağaca çırpılıb, iki nəfər ölüb

Ağcabədidə avtomobil ağaca çırpılıb, iki nəfər ölüb
# 08 iyul 2016 11:17 (UTC +04:00)

Bakı - APA. Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri, rayon sakinləri Şəhriyar Dədəkişiyev və Mətanət Məmmədova müxtəlif xəsarətlər alıb, xəstəxanaya yerləşdiriliblər.

V. Hüseynquliyev və Ş. Dədəkişiyev orada ölüblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR