Konqoda avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər ölüb

Konqoda avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər ölüb
# 22 may 2016 02:29 (UTC +04:00)

Bakı-APA. Konqo Demokratik Respublikasında sərnişin avtobusunun maneəyə çırpılması nəticəsində 37 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Zambiyanın Kitve şəhərindən Luapula yaşayış məntəqəsinə gedən avtobusun sürücüsü kəsə yolla mənzil başına çatmaq üçün marşrutunu qonşu Konqo dövlətinin ərazisindən salıb. Lakin avtobus hərəkətdə olarkən onun təkəri partlayıb. İdarəetməni itirən avtobus yoldan çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində 37 nəfər ölüb, 22 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR