Bakı. Hafiz Heydərov – APA. Bakıda bir ailənin 3 üzvü zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan İlham Nəsibov, bacısı Lalə və əmisi oğlu Kənan Nəsibov evlərindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.