Xilasedicilər "Shacman"la toqquşan “Mercedes”in sürücüsünü xilas ediblər

Xilasedicilər  "Shacman"la toqquşan “Mercedes”in sürücüsünü xilas ediblər
# 18 may 2016 04:26 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində “Mercedes” markalı minik avtomobilinin "Shacman" markalı yük avtomobili ilə toqquşması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR