Naziri Səlim Müslümov Beyləqanda vətəndaşları qəbul edəcək

Naziri Səlim Müslümov Beyləqanda vətəndaşları qəbul edəcək
# 23 noyabr 2015 07:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunda Heydər Əliyev Mərkəzində Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonları üzrə (021) 246-62-68, Kürdəmir rayonu üzrə (020) 255-23-45, Ucar və Zərdab rayonları üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR