Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 21 sentyabr 2016 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Mersedes Benz Axor” markalı həmin avtomobilə baxış zamanı kabinənin yataq yerindəki döşəyin altından və kabinənin arxa hissəsindəki hava filtrinin borusunun içərisindən cəmi 14.000 ədəd “Kentnanotek 2.0” markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR