Allahşükür Paşazadə Moskvaya gedir

Allahşükür Paşazadə Moskvaya gedir
# 27 oktyabr 2015 11:35 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Moskva şəhər hökumətinin təşkilatçılığı, RF Prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın beynəlxalq əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə 29 oktyabr tarixində keçirilən «Din və Sülh» mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında həyata keçirilir.

Şeyxülislam Beynəlxalq Forumun plenar iclasında məruzə ilə çıxış edəcək. A.Paşazadə səfər çərçivəsində Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşəcək. Səfər müddətində digər görüşlərin də keçiriləcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR