"Bakı Sığorta"nın rəhbəri: "İcbari sığorta lisenziyalarının verilməsi proseduru asanlaşdırılmalıdır"

"Bakı Sığorta"nın rəhbəri: "İcbari sığorta lisenziyalarının verilməsi proseduru asanlaşdırılmalıdır"
# 06 yanvar 2016 09:14 (UTC +04:00)

Bakı - APA-Economics. "Ölkə başçısı İlham Əliyev son çıxışlarından birində qeyd etdi ki, lisenziyaların verilməsində prosedurlar daha da sadələşdirilməlidir. Düşünürəm ki, yaxın zamanda bu proses Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə lisenziyaların verilməsində də müşahidə olunsa, "Bakı Sığorta" ASC lisenziyanı ala biləcək".

Bu barədə "APA-Economics"ə "Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədri Ramil Ağayev bildirib.

R. Ağayev qeyd edib ki, şirkət fəaliyyətə başlayandan sığorta sektorunun inkişafı üçün böyük işlər görüb və bu amil icbari sığorta lisenziyasının verilməsində böyük rol oynaya bilər.

"Düşünürəm ki, lisenziyanın alınması sahəsində ciddi dəyişikliklər baş verəcək", - deyə şirkət rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR