"PASHA Bank (Georgia)" aktivlərini 32% artırıb

"PASHA Bank (Georgia)" aktivlərini 32% artırıb
# 22 aprel 2016 16:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PASHA Bank (Georgia)” 2016-cı ilin aprelin 1-ə maliyyə hesabatını açıqlayıb. “APA-Economics” xəbər verir ki, cari ilin I rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 32,01% artaraq 267,678 mln. lari təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 26,08% artaraq 101,462 mln. lari olub.

Ötən illə müqayisədə cari ilin ilk üç ayında öhdəliklər 51,86% artaraq 171,989 mln. lariyə, depozit portfeli isə 94,6% artaraq 25,778 mln. lariyə bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 6,9% artaraq 95,689 mln. lari təşkil edib.

Qeyd edək ki, bank cari ilin rübünü 1 mln. 848,147 min lari mənfəət əldə edib.

* Aprelin 22-nə 1 lari 0,6729 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR