Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 04 dekabr 2017 06:37 (UTC +04:00)

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayonun ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ2106” markalı avtomobilləri toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR