Zaqatalada “VAZ” ağaca çırpılıb, sürücü ölüb

Zaqatalada  “VAZ” ağaca çırpılıb, sürücü ölüb
# 12 oktyabr 2016 04:47 (UTC +04:00)

Bakı-APA. Zaqatalada yol qəzası baş verib, ölən var. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:19 da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR