Hadı Rəcəbli: “Əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən olunmasına ehtiyac qalmayacaq”

Hadı Rəcəbli: “Əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən olunmasına ehtiyac qalmayacaq”
# 14 oktyabr 2016 11:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

APA-nın məlumatına görə, bu məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu ixtisarın aparılması bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir: “Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR