İyunda bank sektorunda çalışanların sayı artıb

İyunda bank sektorunda çalışanların sayı artıb
# 04 avqust 2017 08:39 (UTC +04:00)

2017-ci ilin iyul ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 095 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, iyunda bank sektorunda çalışanların 61 nəfər artıb. Belə ki, may ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 034 nəfər olub.

Ümumiyyətlə, bu ilin 6 ayında bank sektorunu 852 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR