® “Amrahbank”ın AZN hesablı debet kartlarında nağdlaşdırma faizi “0”-dır

<font color=red>® </font> “Amrahbank”ın AZN hesablı debet kartlarında nağdlaşdırma faizi “0”-dır
# 10 noyabr 2016 09:16 (UTC +04:00)

Əhaliyə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərən Amrahbank dəyərli müştərilərini daha bir yeniliklə sevindirib. Belə ki, “Amrahbank”ın bütün AZN hesablı debet kartlarında Azərbaycan Respublikasının ərazisində Amrahbank şəbəkəsi daxilində (bankomat və kassalarda yerləşdirilmiş POS terminallarda) nağd vəsaitin çıxarılmasına görə komissiya haqqı 0% təyin edilmişdir.

Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvü olan Amrahbank müştərilərinə Visa Elektron / Maestro, Visa Classic / MasterCard Sandard, Visa Gold / MasterCard Gold, Visa Platinum / MasterCard Platinum, Yubiley Kart, Neftçi Fankart kimi müxtəlif növ debet kartları təklif edir.

“Amrahbank”ın debet kartları müasir, təhlükəsiz və bir çox üstünlükləri olan rahat bir maliyyə alətidir. Plastik kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində həm bankomatlardan nağd pul çıxarmaq, həm də otel, restoran, ticarət mərkəzlərində və mağazalarda nağdsız ödənişlər aparmaq mümkündür. Online ödənişlər, SMS xəbərdarlıq, Card-to-Card, Cash by code, Mobil və İnternet-bankçılıq, PİN Change, Master Card Money Send, 3D Secure xidməti və s. debet kartlarının üstünlüklərindəndir.

“Amrahbank”ın plastik kart məhsulları haqqında daha ətraflı məlumat əldə etmək üçün Bankın 987 Məlumat Mərkəzinə, www.amrahbank.az/com və ya www.facebook.com/ amrahbank rəsmi internet səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR