Ucar sakini tanışının evindən oğurluq edib

Ucar sakini tanışının evindən oğurluq edib
# 04 avqust 2017 14:37 (UTC +04:00)

Ucar rayon sakini tanışının evindən oğurluq edib. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Ucar şəhər sakini, Rəsul Rza küçəsi ev 25 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Zülfiyə Ağasəf qızı Həmidova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə məlumat verib. Məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakini, 2000-ci il təvəllüdlü Sakit Salamat oğlu Məmmədov saxlanılıb. S. Məmmədovun üzərinə baxış keçirilərkən oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi maddi sübut kimi götürülüb.

S. Məmmədov oğurluq etdiyi ev sahibinin oğlu ilə tanış olduğunu, tanışının evinə gedəndə orada heç kim olmadığını görüb, oğurluq etmək qərarına gəldiyini deyib.O, evin giriş qapısını sındıraraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Qeyd edək ki, saxlanılan şəxs 6 ay əvvəl analoji hadisəyə görə, istintaqa cəlb olunub.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR