“Azəriqaz” İB-in mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçirib

“Azəriqaz” İB-in  mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçirib
# 07 fevral 2020 22:51 (UTC +04:00)

Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri həmin məkana baxış keçirib.

Bu barədə APA-ya “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İlkin qənaətimiz belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb”, - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR