BMT baş katibi: "1948-ci ildən bəri 3500-dən çox sülhməramlı ölüb"

BMT baş katibi: "1948-ci ildən bəri 3500-dən çox sülhməramlı ölüb"
# 29 may 2018 12:00 (UTC +04:00)

“1948-ci ildən bəri 3500 nəfərdən çox sülhməramlı BMT-nin sülhün qorunmasına dair əməliyyatlarında xidmət edərkən ölüb. Bunlardan 943-ü qətlə yetirilib".

APA-nın xəbərinə görə, bunu BMT baş katibi Antonio Qutyerres BMT sülhməramlı qüvvələrinin yaradılmasının 70 illiyi ilə bağlı yaydığı bəyanatında deyib.

Baş katib BMT sülhməramlı qüvvələrinin dünyanın bir çox yerlərində, xüsusilə təhlükəli ərazilərdə ciddi risklərlə qarşılaşdığını vurğulayaraq 2013-cü ildən etibarən BMT sülhməramlılarına qarşı zorakılıq hallarının daha da çoxaldığını söyləyib.

Qeyd edək ki, BMT-nin sülhməramlı missiyası ilk dəfə 1948-ci ildə may ayında fəaliyyət başlayıb. 70 il ərzində 1 milyondan çox kişi və qadın BMT sülhməramlısı olaraq 70-dən çox BMT sülh əməliyyatlarında xidmət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR