2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 mlrd. dollarlıq investisiya cəlb edib

2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 mlrd. dollarlıq investisiya cəlb edib
# 05 may 2018 15:34 (UTC +04:00)

“2015-ci ildə dünyada 1000 “Start-up” layihəsi 8,4 milyard dollarlıq investisiya cəlb edib”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “AFB Bank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Aydın Hüseynov alternativ və rəqəmsal maliyyələşdirmə alətlərinin əhəmiyyətindən danışarkən belə deyib.

“Azərbyacanda klassik maliyyələşmə alətləri vardır. Əslində bu zalda oturanlar özləri “mələk yatırımçısı” deməkdir. Bu insanlar gələcəkdə müxtəlif saytlara girərək orda istənilən bir “start-up”lar yarada bilərlər. Məsələn, sizin 100 dollarınız var. Bu vəsaiti 100 yerə bölərək 100 müxtəlif yerə investisiya qoyaraq, 100 yerdən gəlir əldə etmək olar. Lakin bu “Angel İnvestition” çox riskli yatırım növüdür. Ən çox “Mələk yatırım”dan istifadə edən Hindistandır”,- deyə A.Hüseynov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR