Şəmkirdə avtomobillə vurulan piyada ölüb

Şəmkirdə avtomobillə vurulan piyada ölüb
# 21 iyul 2018 15:01 (UTC +04:00)

Şəmkir rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, iyulun 19-da Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Maliki Elxan bu gün xəstəxanada ölüb.

Ağır bədən xəsarətləri alan E. Malikiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR