Bərzani İraq hakimiyyətini “qapılar”ını dialoqa bağlamamağa çağırıb

Bərzani İraq hakimiyyətini “qapılar”ını dialoqa bağlamamağa çağırıb
# 26 sentyabr 2017 20:39 (UTC +04:00)

İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın baş naziri Heydər əl Abadini “qapılar”ı dialoq üçün bağlamamağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu M.Bərzani telemüraciətində bildirib.

“Mən əl-Abadini və bütün məsul şəxsləri dialoq və qarşılıqlı anlaşma üçün “qapılar”ı bağlamamağa çağırıram”.

Kürd muxtariyyətinin rəhbəri qonşu dövlətlərə müraciət edərək, bölgənin regionda sabitlik və təhlükəsizlik faktoru olduğunu qeyd edib.

“Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək”, deyə Bərzani qeyd edib.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR