Miqrasiya könüllülərinin “PR Məktəbi” layihəsinə start verilib

Miqrasiya könüllülərinin “PR Məktəbi” layihəsinə start verilib
# 11 fevral 2020 13:39 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinə start verilib.

DMX-dan APA-ya verilən məlumata görə, layihənin məqsədi İctimaiyyətlə Əlaqələr, Reklamçılıq, Digital marketing kimi əlaqəli sahələrə marağı olan gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin ilk günü keçirilən təlim 2 hissədən ibarət olub. Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara effektiv digital PR haqqında məlumat verib.

İkinci hissədə gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər. 25 nəfərin iştirak etdiyi təlimlər fevralın 13-də başa çatacaq.

Qeyd edək ki, layihənin informasiya dəstəyi Azertag, APA, "Trend" və "Olaylar" İnformasiya agentliklərinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR