Tbilisidə Azərbaycan-Gürcüstan tərəfdaşlığına aid kitab təqdim olunub

Tbilisidə Azərbaycan-Gürcüstan tərəfdaşlığına aid kitab təqdim olunub
# 06 iyun 2018 09:45 (UTC +04:00)

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) gürcü dilində nəşr olunmuş “Gürcüstan- Azərbaycan strateji tərəfdaşlığı. Tarix və müasirlik” kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun nəlumatına görə, kitabın müəllifi Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Omar Ardaşeliyadır.

Təqdimatda çıxış edən müəllif deyib ki, kitabda Gürcüstan və Azərbaycan arasında münasibətlərin formalaşmasının tarixi və bu münasibətlərin müasir dövrdə təhlükəsizlik, sülh quruculuğu, iqtisadiyyat və mədəniyyət sahələrindəki önəmi barədə bəhs olunur. O, kitabın işıq üzü görməsində Azərbaycanın Gürcüstandakı səfirliyinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, TDU-nun müəllim, professor və tələbələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR