Türkiyə milli komandasının futbolçusu Alper Potuk Azərbaycan çempionu “Qarabağ”a keçməkdən imtina edib.
Apasport.az qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Fənərbaxça”nın 29 yaşlı yarımmüdafiəçisi son vaxtlar heyətinə düşməkdə çətinlik çəkdiyi İstanbul klubunda qalmağa üstünlük verib.
Ağdam klubu ilə yanaşı, Super Liqanın digər təmsilçiləri “Rizəspor”, “Ankaragücü”, “Kasımpaşa”nın da heyətinə qatmaq istədiyi A.Potuk bu təklifləri qəbul etməyib. O, 2013-cü ildən geyindiyi sarı-lacivərdli formanı dəyişmək istəməyib.
Qeyd edək ki, “Fənərbaxça”ya qədər “Əskişəhərspor”da (2009-13) oynamış yarımmüdafiəçi 2012-ci ildən fasilələrlə çağırıldığı Türkiyə yığmasında 17 oyuna 1 qol vurub.
Alper Potuk "Qarabağ"a gəlməkdən imtina edib
01 fevral 2020 13:58 (UTC +04:00)
Futbol
KİV: "Bavariya"nın yeni baş məşqçisi Vinsent Kompani olacaq
02:07
23 may 2024
Avropa Liqası: "Atalanta" "Bayer"i məğlub edərək tarixində ilk dəfə kuboku qazanıb
00:55
23 may 2024
Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə namizədlikdən çəkilə biləcəyini açıqlayıb
20:18
22 may 2024
2025/2026 mövsümündə Çempionlar Liqasının finalına Budapeşt ev sahibliyi edəcək
16:34
22 may 2024