İdlibdə bazarın havadan atəşə tutulması nəticəsində 11 nəfər ölüb

İdlibdə bazarın havadan atəşə tutulması nəticəsində 11 nəfər ölüb
# 29 yanvar 2018 11:36 (UTC +04:00)

Suriyanın İdlib əyalətində kartof bazarının havada atəşə tutulması nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn İdlib Mülki Müdafiə İdarəsinin rəisi Mustafa Hac Yusuf axtarış və xilasetmə işlərinin sona çatdığını və yaralıların ətrafdakı xəstəxanalara aparıldığını bildirib: “Bazarı rus təyyarələri atəşə tutub”.

Qeyd edək ki, 2017-ci ilin mayında Astana keçirilən iclasda Suriyanın şimalında, Türkiyə sərhədindəki İdlib əyalətində gərginliyin azaldılmasına qərar verilsə də, müxalifətin v nəzarəti altındakı bölgə hələ də Əsəd rejimi və Rusiya hərbçilərinin hücumlarına məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR