Fransada meşə yanğınları 10 min nəfərin təxliyə edilməsinə səbəb olub

Fransada meşə yanğınları 10 min nəfərin təxliyə edilməsinə səbəb olub
# 26 iyul 2017 09:41 (UTC +04:00)

Fransanın cənubunda tüğyan edən meşə yanğınları üzündən 10 min insan təxliyə edilib.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, meşə yanğınlarının söndürülməsinə 4 min yanğınsöndürən cəlb edilib.

Artıq Aralıq dəniz sahili və Korsika adasında 4 hektarlıq sahə yanıb. Meşə yanğınları həmçinin məşhur San-Trope kurortuna təhlükə yaradıb. Yanğının söndürülməsi zamanı 12 yanğınsöndürən və 15 polis xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR