"Bitcoin"in dəyəri 18 min dolları ötüb

"Bitcoin"in dəyəri 18 min dolları ötüb
# 08 dekabr 2017 06:47 (UTC +04:00)

Bugünkü ticarət sessiyasında dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in dəyəri 18 min dollar həddini aşıb.

"APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, beləliklə, ticarət sessiyasında 18,3 min dollar həddinə çatan "bitcoin" növbəti rekordu müəyyənləşdirib.

Onu da qeyd edək ki, Bakı vaxtı ilə saat 08:30 radələrində "bitcoin"in dəyəri 17,109 min dollara, 09:15-də isə 16,4 min dollara enib.

Ötən gün isə "bitcoin" ard-arda bir neçə rekord müəyyənləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR