İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli yaralanıb - YENİLƏNİB

İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2018 23:41 (UTC +04:00)

Mayın 4-də Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “The Times of Israel” xəbər verib.

Məlumata görə, 42 nəfər güllə yarası alıb, 20 nəfər rezin güllələrdən xəsarət alıb, yaralananların bir qismi gözyaşardıcı qaz və tüstüdən zərər çəkib.

Ümumilikdə Qəzza zolağının sərhədində etiraz aksiyalarına 7 minə yaxın fələstinli qatılıb.

***

20:29

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda azı 80 fələstinli xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Bu gün əməkdaşlarımız 80 fələstinliyə tibbi yardım göstərib, onlardan 12-si güllə yarası alıb”, deyə Cəmiyyətin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR