Gürcüstanın Rəqabətlilik Agentliyinin rəhbəri Azərbaycana səfər edəcək

Gürcüstanın Rəqabətlilik Agentliyinin rəhbəri Azərbaycana səfər edəcək
# 01 mart 2017 18:02 (UTC +04:00)

Gürcüstanın Rəqabətlilik Agentliyinin rəhbəri Nodar Xaduri Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə agentlik rəhbəri ilə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov arasında keçirilən görüşdə bildirilib. N.Xaduri Azərbaycan və Gürcüstan dövlətinin əsrlər boyu dost və qardaş ölkə olduğunu Azərbaycanın Gürcüstana ən böyük sərmayə qoyduğunu, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin ölkədə ən böyük vergi ödəyicisi olduğunu vurğulayıb.

Dursun Həsənov Gürcüstan hökumətini, ölkədə yaşayan bütün xalqları Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə əldə etdikləri nailiyyətlərə görə təbrik edib. Səfir Azərbaycan prezidentinin strateji tərəfdaş və dost ölkə olan Gürcüstanla əlaqələrin daha da dərinləşməsinə xüsusi önəm verdiyini, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və digər sahələrin birgə səylər nəticəsində inkişaf edə biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR