Təkəri cırılan avtomobil qəzaya uğrayıb, 1 nəfər ölüb

Təkəri cırılan avtomobil qəzaya uğrayıb, 1 nəfər ölüb
# 09 iyul 2018 10:51 (UTC +04:00)

Bakı sakini idarə etdiyi avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən təkərin cırılması nəticəsində onu aşırıb. Nəticədə E. Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR