Hindistan səfiri Lənkərana səfər edib

Hindistan səfiri Lənkərana səfər edib
# 04 may 2018 15:23 (UTC +04:00)

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Lənkərana səfər edib.

APA-nın cənub bürosunun məlumatına görə, məqsəd Hindistan hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman Klubu tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan Rusiyaya və geriyə “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü” iştirakçılarının qarşılanıb Bakı şəhərinə yola salınması mərasimində iştirak etmək olub.

Səfər proqramına uyğun olaraq səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Qonağa rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məlumat verən icra başçısı rayonun ərazisindən keçən və Lənkəran şəhərinin gələcək inkişafı üçün əhəmiyyətli olacaq Şimal-cənub nəqliyyat dəhlizinin tanıdılmasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Səfir Hindistan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində regionlarla tanışlığının əhəmiyyətini xüsusi vurğulayaraq Lənkərana səfərlərinin davamlı olacağına əminliyini ifadə edib.

Sonra səfir Lənkəran Dövlət Universitetində müəllim və tələbələrlə görüşüb.

Axşam saatlarında səfir Sanjay Rana rayonun bir qrup ziyalısı ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR