Qubada QHT-KİV münasibətləri mövzusunda konfrans keçirilib

Qubada QHT-KİV münasibətləri mövzusunda konfrans keçirilib
# 06 oktyabr 2017 17:25 (UTC +04:00)

Bu gün Quba rayonunda "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri" adlı konfrans keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təşkil olunan tədbirdə ölkənin media orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir və vətəndaş cəmiyyətinin inkişafının yeni mərhələsinin əsasını qoyub.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, QHT-lər ictimaiyyəti narahat edən problemlərin həllində önəmli rol oynayır. O qeyd edib ki, QHT-lərin həyata keçirdiyi layihələr, o cümlədən layihə çərçivəsində görülən işlərin geniş auditoriyaya çatdırılması üçün KİV-lə əlaqələrin effektiv qurulmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Konfransda “QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, hazırda sosial media vətəndaş cəmiyyətinin nümayəndələri üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, QHT-lər layihələr çərçivəsində görülən işlər barədə sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya məlumat verə bilərlər.

Konfransda hər iki tərəfi narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR