Şabranda yanmış kişi meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb

Şabranda yanmış kişi meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb
# 31 yanvar 2018 13:48 (UTC +04:00)

Şabranda yanmış kişi meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.

Rayon Polis Şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda tapılan 35-40 yaşlarındakı yanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Həmin şəxs bu gün Şabranda dəfn edilib.

Meyiti tapılan şəxsin boyu 172 sm, orta bədən quruluşlu, saçları qara, burnu-yastılaşmış enli, qulaqları ovalvari kiçik ölçülü, alnı dik və tüksüz, sifəti dairəvi formadadır. Onun çənəsi ovalvari, yuxarı çənədə 14, aşağı çənədə 6 ədəd sarı metaldan hazırlanmış dişləri var. Ayağında qısa boğazlı, dəri materialdan olan 43 ölçülü qış ayaqqabısı, 2 cüt tünd göy corab olub. Bu şəxsi tanıyanlarda Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Şabran Rayon Polis Şöbəsinə (02335) 3-23-05, yaxud 050 (070) 206 10 06 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Şabran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi eləcə də hadisənin baş vermə səbəbləri istintaq-əməliyyat yolu ilə araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR