Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası yenidən qurulub

Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası yenidən qurulub
# 05 sentyabr 2017 10:22 (UTC +04:00)

Sentyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü, ikincisi 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR