Ötən il Azərbaycanda minik avtomobillərinin istehsalı 89% azalıb

Ötən il Azərbaycanda minik avtomobillərinin istehsalı 89% azalıb
# 17 yanvar 2018 13:43 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 278,8 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı illə müqayisədə maşın və avadanlıqların istehsalı 42,9%, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,7% artıb.

Ötən il ərzində fəvvarə armaturunun istehsalı 87%, minik avtomobillərinin istehsalı 88,9% azalaraq 30 ədəd təşkil edib. Yük avtomobillərinin istehsalı 99% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 36,6%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 37,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR