Bakıda və İsmayıllıda ev yanıb

Bakıda və İsmayıllıda ev yanıb
# 15 oktyabr 2016 12:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda və İsmayıllıda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 m2 sahədə ev əşyaları yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Tircan kəndində isə vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 49 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün, tavanının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR