Pakistanda avtobus körpüdən aşıb, 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb

<b>Pakistanda avtobus körpüdən aşıb, 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb</b>
# 08 noyabr 2017 22:25 (UTC +04:00)

Pakistanın Pəncab əyalətində sərnişin avtobusu körpüdən aşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyətinin ağır olduğu bildirilir.

İnsident Talaqanq yaşayış məntəqəsində qeydə alınıb. Qəza zamanı avtobusda 80-ə yaxın sərnişin olub.

“Geo” telekanalının xəbərinə görə, avtobus 45 metr hündürlükdən aşıb. Həkimlər ölənlərin sayının artacağını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR