Çin ABŞ-ı ticarət razılaşmalarını pozmaqda ittiham edib

Çin ABŞ-ı ticarət razılaşmalarını pozmaqda ittiham edib
# 30 may 2018 03:43 (UTC +04:00)

Ağ Evin ticarət tədbirləri Pekin və Vaşinqton arasında bir müddət əvvəl əldə olunmuş razılaşmalara ziddir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Kommersiya Nazirliyinin bəyanatında bildirilir.

Qurum qeyd edir ki, rəsmi Çin ABŞ hökumətinin bu cür qərar verəcəyini gözləyirdi və Pekin dövlətin və xalqın maraqlarını qorumağa hazırdır.

“Biz ABŞ-ı qəbul olunmuş birgə bəyanata uyğun şəkildə addım atmağa çağırırıq”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, ABŞ iyunun ortasında Çin istehsalı olan mallara 25 faizlik rüsum tətbiq edəcəyini bəyan edib.

Ötən həftə ABŞ nümayəndə heyəti ilə görüşən Çinin baş nazirinin müavini Lyu Xe tərəflərin “ticarət müahirəbəsi”nə başlamayacağına, xidmət və malların ABŞ-dan Çinə tədarükünün genişləndirilməsinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR