Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib

Elmar Məmmədyarov Çexiya səfirini qəbul edib
# 12 aprel 2018 15:51 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

V. Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

E. Məmmədyarov fəaliyyəti müddətində V. Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR