İran Mədəniyyət Mərkəzinin rəhbəri: "Qarabağımız uğrunda vuruşmalı, onu geri almalıyıq"

İran Mədəniyyət Mərkəzinin rəhbəri: "Qarabağımız uğrunda vuruşmalı, onu geri almalıyıq"
# 01 dekabr 2016 08:38 (UTC +04:00)

"Biz İran olaraq hər kəsə qarşı tolerantıq, amma bu o demək deyil ki, Qarabağı işğal edənlərə qarşı da tolerant olacağıq".

APA-nın məlumatına görə, "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.

O qeyd edib ki, Qarabağ Azərbaycandan-din qardaşlarından alınıb: "Biz gözləsək, tolerantlıq nümayiş etdirsək, onlar Qarabağı geri qaytarmayacaq. Bu dəqiqdir! Ona görə də haqqımız uğrunda - Qarabağımız uğrunda vuruşmalı, onu geri almalıyıq. Qarabağ bizim haqqımızdır. Müqəddəs Qurani Kərim də buyurur ki, haqqın uğrunda vuruş!"

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR