AYİB Azərbaycanda enerji bazarının tənzimləyici orqanının yaradılmasına texniki dəstək göstərəcək

 AYİB Azərbaycanda enerji bazarının tənzimləyici orqanının yaradılmasına texniki dəstək göstərəcək
# 30 yanvar 2018 13:17 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji bazarının tənzimləyici orqanının yaradılmasına texniki dəstək göstərəcək.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikası kommunal xidmətlərin (elektrik vəistilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə əməkdaşlıq barədə imzalanmış Niyyət Protokolu” çərçivəsində AYİB tərəfindən Azərbaycan Respublikasında enerji bazarının tənzimləyici orqanının yaradılmasına və müstəqil tənzimləyici orqan haqqında qanun layihəsinin hazırlanmasına texniki dəstək proqramının həyata keçirilməsi üçün razılaşma əldə edilib", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR