Azərbaycan indiyədək Almaniyaya 3,1 mlrd. dollar həcmində investisiya yatırıb

Azərbaycan indiyədək Almaniyaya 3,1 mlrd. dollar həcmində investisiya yatırıb
# 29 noyabr 2019 17:37 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1,2 mlrd. ABŞ dolları təşkil edib ki, bunun 512 mln. dolları idxalın, 727 mln. dolları isə ixracın payına düşüb.

"APA-Economics"in məlumatına görə bunu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsi 11,5%, o cümlədən ixrac və idxalın həcmi müvafiq 15,3% və 6,6% artıb.

"İnvestisiya əməkdaşlığı ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir. 1995-2019-cu illər ərzində Almaniya Azərbaycana 626,6 mln. dollardan artıq sərmayə yatırıb. Bunun təxminən 96%-i qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda Azərbaycandan Almaniyaya 3,1 mlrd. dollar investisiya yatırılıb. Almaniya Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizini dəstəkləyir və Azərbaycanı uzunmüddətli dövr üçün etibarlı tərəfdaş hesab edir", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR