Suriya ordusu İŞİD-in Palmiraya hücumlarını dəf edib

Suriya ordusu İŞİD-in Palmiraya hücumlarını dəf edib
# 08 dekabr 2016 23:23 (UTC +04:00)

Suriya ordusu İŞİD-in Palmira ətrafında qurulan blokpostlara hücumlarını dəf edib.

APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, terrorçular şəhərin cənub-qərb hissəsinə yaxın xeyli qüvvə cəmləşdirərək “Cazal” və “Şaer” neft yataqlarını nəzarət altına almağa cəhd edirlər.

Döyüş zamanı xeyli silahlı məhv edilib. Bundan başqa, onlara məxsus dörd minalanmış avtomobil və iriçaplı pulemyotla təchiz edilmiş dörd “pikap” tipli maşın məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR