Gədəbəydə iki maşın toqquşub, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Gədəbəydə iki maşın toqquşub, 8 nəfər xəsarət alıb - YENİLƏNİB
# 09 mart 2019 20:50 (UTC +04:00)

Qəza nəticəsində xəsarət alanların adı məlum olub.

ONA-nın qərb bürosunun verdiyi məlumata görə, onlar - 30 yaşlı Natiq Həsənov, 59 yaşlı Təbriz Piriverdiyev, 11 yaşlı Ramal Qasımov, 30 yaşlı Asif Məmmədov, 35 yaşlı Araz Bayramov, 30 yaşlı Tariyel Musayev, 19 yaşlı Mətləb Məmmədov və 15 yaşlı Mobil Fərzəliyevdir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Saat 19:48

***

Gədəbəy rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Gədəbəy rayonunun girişində, şadlıq evinin qarşısında baş verib.

"VAZ-21015" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR