Ucar sakini su kanalında boğularaq ölüb

 Ucar sakini su kanalında boğularaq ölüb
# 14 iyul 2015 12:29 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qarabörk kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Mais Məharət oğlu kəndlərindən keçən su kanalına düşərək boğulub. Məlumata görə, mərhum epilepsiya xəstəsi olub. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR