Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas növ kənd təsərrüfatı istehsalının həcmi 11 944 142,3 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycanda əsas növ kənd təsərrüfatı məhsullarına dənlilər və dənli paxlalı bitkilər, pambıq, dən üçün günəbaxan, şəkər çuğunduru, tütün, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, üzüm və yaşıl çay yarpağı daxildir.
Əsas növ kənd təsərrüfatı məhsullarının istehsalı:
Əsas növlər |
2019-cu il, ton |
2018-ci il, ton |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən |
|
% |
ton |
|||
Dənlilər və dənli paxlalı bitkilər – cəmi |
3 512 436 |
3 286 678 |
106,9 |
225 758 |
dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız) |
3 253 052 |
3 059 869 |
106,3 |
193 183 |
dən üçün qarğıdalı |
259 384 |
226 809 |
114,4 |
32 575 |
Pambıq |
292 527 |
220 410 |
132,7 |
72 117 |
Dən üçün günəbaxan |
34 549 |
24 173 |
142,9 |
10 376 |
Şəkər çuğunduru (emal üçün) |
236 393 |
284 549 |
83,1 |
-48 156 |
Tütün |
5 935 |
5 747 |
103,3 |
188 |
Kartof |
993 766 |
889 351 |
111,7 |
104 415 |
Tərəvəz |
1 637 630 |
1 446 646 |
113,2 |
190 984 |
Bostan məhsulları |
447 634 |
401 627 |
111,5 |
46 007 |
Meyvə və giləmeyvə |
1 075 811 |
998 395 |
107,8 |
77 416 |
Üzüm |
194 114 |
154 777 |
125,4 |
39 337 |
Yaşıl çay yarpağı |
911 |
868,6 |
104,9 |
42,7 |